Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri Qəzza zolağını idarə edən “Sülh Şurasına” qoşulmaq qərarına gəliblər. Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin birgə bəyanatında bildirilib.
Sənəddə deyilir ki, “Nazirlər ölkələrinin Sülh Şurasına qoşulmaq barədə birgə qərarını elan etdilər. Hər bir dövlət öz hüquqi prosedurlarına uyğun olaraq qoşulma sənədlərini imzalayacaq”. Diplomatlar ABŞ Prezidenti Donald Trampın liderlərinə göndərdiyi dəvəti alqışladılar. Bəyanatda Misir, Pakistan və BƏƏ-nin əvvəllər bu strukturda fərdi olaraq iştiraklarını təsdiqlədikləri aydınlaşdırılıb.
Səkkiz ölkənin xarici işlər nazirləri Trampın sülhməramlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyiblər və Sülh Şurasının missiyasını asanlaşdırmaq niyyətindədirlər. Bəyanata görə, şura BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə və Qəzza zolağındakı münaqişəyə son qoymaq üçün hərtərəfli plana uyğun olaraq “keçid orqanı” kimi fəaliyyət göstərəcək. (Tass)
