İyulun 15-də 11 nəfər (9 qadın, 2 kişi) zəhərlənmə şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinin verilən məlumata görə, həmin şəxslərə (1994-cü il təvəllüdlü Sevil Cəlilova, 1973-cü il təvəllüdlü Gülbəniz Cəlilova, 2007-ci il təvəllüdlü Leyla Qurbanova, 1999-cu il təvəllüdlü Rüfət Qurbanov, 1999-cu il təvəllüdlü Türə Daşdəmirova, 1994-cü il təvəllüdlü Famil İsgəndərov, 2015-ci il təvəllüdlü Aysu Abbasova, 1999-cu il təvəllüdlü Fatimə İsgəndərova, 1967-ci il təvəllüdlü Rüxsarə İsgəndərova, 1999-cu il təvəllüdlü Rasim Şirinov) zəruri ilkin tibbi yardım göstərilib.
Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb. Zəhərlənmə hadisənin rayondakı restoranlardan birində qeydə alındığı bildirilir.
