İyun 14, 2026-7:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nüfuzlu beynəlxalq sertifikatı yenilənib

2026:06:05 - 11:15
in SOSİAL
A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatı növbəti dəfə yenilənib. Agentlik bununla bağlı beynəlxalq audit və qiymətləndirmə prosesindən uğurla keçib.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə təsis olunub və rüşvətlə mübarizə sahəsində dünya üzrə qəbul edilmiş yeganə beynəlxalq standartdır.

Bu sistemin tətbiqi agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən olunması, idarəedilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, həmçinin qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiqi sahələrində üstünlüklər əldə etməsinə imkan verir. Eyni zamanda, maraqlı tərəflərə agentlik tərəfindən rüşvət hallarının qarşısının alınması üçün müsbət addımların atıldığına dair təminat verir. Rüşvət əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirən ISO 37001 standartı idarəetmədə şəffaflığın artırılmasına da zəmin yaradır.

Sertifikat alan qurumun müvafiq sahədə fəaliyyəti ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə uyğun olaraq, sertifikat verən “Denetik International Certification and Surveillance Services” şirkəti tərəfindən hər il audit olunur və çatışmazlıqlar aşkar edilmədikdə sertifikat yenilənir.

Xatırladaq ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına ilk dəfə 24 iyun 2022-ci ildə layiq görülüb.

Əvvəlki Yazı

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir

Növbəti Yazı

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.