Avqust 7, 2026-14:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Sərdar Hacıyev: 2026-cı ilin birinci yarımilində 16 mindən çox fermerə təlim keçirilib

2026:07:29 - 13:40
in İQTİSADİYYAT
A A

2026-cı ilin birinci yarımilində 16 mindən çox fermer üçün təlim təşkil olunub.

“Report”un Cənub bürosu xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəranda “Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi” mövzusunda keçirilən tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən dövlət siyasətində su ehtiyatlarından səmərəli istifadə əsas prioritetlərdən biridir:

“İqlim dəyişikliklərinin təsirlərinin artdığı və su resurslarının məhdud olduğu şəraitdə müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su itkilərinin azaldılması və resurslardan səmərəli istifadə aqrar sektorun davamlı inkişafının əsas şərtlərindəndir”.

S.Hacıyev bu istiqamətdə son illərdə mühüm nəticələrin əldə olunduğunu vurğulayıb:

“Son üç il ərzində ölkədə müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin həcmi 85–87 min hektardan 127 min hektara çatdırılıb. Qarşıya qoyulan hədəfə uyğun olaraq, 2030-cu ilin sonunadək bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur. Eyni zamanda, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında da su ehtiyatlarından səmərəli istifadə, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma aqrar sahənin əsas inkişaf istiqamətləri kimi müəyyən edilib”.

Sədr qeyd edib ki, müasir suvarma texnologiyalarının uğurlu tətbiqində fermerlərin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır:

“Bu baxımdan, Aqrar Təlim Mərkəzi torpaq və su resurslarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma, məhsuldarlığın artırılması və müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi istiqamətində ardıcıl təlim və maarifləndirmə tədbirləri həyata keçirir”.

S.Hacıyev əlavə edib ki, 2026-cı ilin ilk altı ayı ərzində Aqrar Təlim Mərkəzi tərəfindən ümumilikdə 628 təlim və maarifləndirici tədbir təşkil olunub:

“Bunlardan 401-i ixtisaslaşmış təlim, 112-si işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə dair təlim, 63-ü ümumtəhsil müəssisələrində maarifləndirici görüş, 20-si nümunəvi təsərrüfatlarda sahə görüşü, 32-si isə dövlət–özəl tərəfdaşlığı çərçivəsində keçirilən təlimlər olub. Tədbirlər ölkənin 52 rayonunu əhatə edib və ümumilikdə 16 min 709 fermer, kənd təsərrüfatı istehsalçısı və digər maraqlı şəxslərin bilik və bacarıqlarının artırılmasına töhfə verib”.

Əvvəlki Yazı

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

Növbəti Yazı

Azərbaycan qızıl ixracından gəlirini 40 %-dən çox artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.