Problem, əsasən, genetik və ailədən gələn ola bilər. Belə ki, əgər bir valideyndə bu varsa onun övladına da keçə bilər və daim ötürülə bilər. Şəxsin şüuraltı olaraq özündən narazılığı var və bunu öz övladına bildirir. “Qızın və yaxud oğlum, mən səndən narazıyam” deyir. Və bu pozuntuyla yeni bir övlad, insan formalaşır. Bu negativ halın nəticəsi isə “tənbəllik” ola bilər. Yəni insan əslində tənbəl deyil, lakin özünə inanmayaraq hər hansı bir işi görmür.
Psixoloq Kamilla Raşidovna