Avqust 10, 2026-15:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

2026:08:10 - 13:06
in MƏDƏNİYYƏT
A A

Azərbaycan muğam sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Qəndab Quliyeva özünəməxsus ifa tərzi, güclü və təsirli səsi ilə milli musiqi mədəniyyətimizin inkişafında mühüm iz qoyub. Onun yaradıcılığı Azərbaycan muğamının zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu gün muğam ifaçısı, Xalq artisti Qəndab Quliyevanın anadan olmasının 77-ci ildönümü tamam olur.

Qəndab Quliyeva 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs alıb və onun sənətini təkmilləşdirib. 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. O, bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev – “Şah İsmayıl”), Şahcənəm (Zülfüqar Hacıbəyov – “Aşıq Qərib”), Gülbahar (Şəfiqə Axundova – “Gəlin qayası”), Xanəndə qız (Ramiz Mustafayev – “Vaqif”) rollarını yaradıb.

Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniya, Kanada, Yaponiya, Fransa, İsveç, Türkiyə, İran və İraqda Azərbaycan muğam sənətini layiqincə təbliğ edib.

Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilib. Qəndab Quliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.

Xalq artisti 2017-ci il iyunun 26-da vəfat edib.

Əvvəlki Yazı

Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunub

Növbəti Yazı

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.