Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bildirib ki, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri krallığın hava məkanına daxil olan doqquz dronu vurub.
Müdafiə Nazirliyinin mətbuat açıqlamasında bildirilir ki, “Hava hücumundan müdafiə qüvvələri Səudiyyə Ərəbistanının hava məkanını keçdikdən dərhal sonra doqquz pilotsuz təyyarəni məhv edib”. (Tass)
