Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Malikinin sözlərinə görə, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İraq ərazisindən buraxılan və krallığın neft obyektlərinə yönəlmiş bir neçə pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
Hərbi departamentin açıqlamasında deyilir: “Son saatlarda hava hücumundan müdafiə sistemləri Şərq əyalətindəki neft obyektlərinə hücum etməyə çalışan bir neçə dronu ələ keçirib və məhv edib”. Əl-Malikinin sözlərinə görə, “hücumlar yenidən İraq ərazisindən başlayıb və İranın dəstəklədiyi terrorçu qruplar tərəfindən həyata keçirilib”. (Tass)
