Üsyançıların nəzarətində olan SABA xəbər agentliyinin verdiyi məlumata görə, Ənsar Allah hərəkatından olan Yəmənli Husi üsyançıları Cizan şəhərindəki Saudi Aramco neft emalı zavoduna iki pilotsuz təyyarə hücumu həyata keçirib.
Agentlik bir mənbəyə istinadən bildirib ki, “Yəmən silahlı qüvvələri (Husilərə istinadən ) iki dron vasitəsilə Cizan bölgəsindəki Aramco neft emalı zavoduna hücum edə bilib və zərbə dəqiq olub”. Mənbə iddia edir ki, hücum Səudiyyə Ərəbistanının “Səada və Həccah əyalətlərində Yəmənin hava məkanını və suverenliyini” pozmasına cavab olub. (Tass)
