Avqust 14, 2026-23:47
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Sabah Biləsuvarın bir hissəsində qaz kəsiləcək

Sabah Biləsuvarın bəzi yerlərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Xırmandalı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin, Biləsuvar şəhərinin “Təyyarə Meydanı” yaşayış massivinin və H. Əliyev prospektinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.