İyul 1, 2026-7:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şahin Mustafayev: Qazax və qırğız dilləri üçün ortaq türk əlifbasının tətbiqi qaydaları təsdiqlənib

2026:06:30 - 13:24
in MƏDƏNİYYƏT
A A

Ortaq Türk Əlifbası Komissiyasının üçüncü iclasında 34 hərfdən ibarət ortaq türk əlifbası yekdilliklə təsdiqlənərək qəbul olunub. Artıq qazax və qırğız dilləri üçün ortaq türk əlifbasının tətbiq qaydaları təsdiqlənib.

Bu barədə AZƏRTAC-a müsahibəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib.

O qeyd edib ki, əvvəlcə komissiyanın fəaliyyətinin bununla başa çatdığı düşünülürdü. Çünki əlifba və dil məsələləri hər bir dövlətin öz səlahiyyətinə aid olan sahədir və əlifbanın nə vaxt qəbul ediləcəyinə ölkələr özləri qərar verirlər. “Sonradan məlum oldu ki, müxtəlif qurumlar ortaq türk əlifbasından istifadə etməklə kitablar və digər nəşrlər hazırlayırlar. Lakin bu nəşrlərdə əlifbanın tətbiqi baxımından müəyyən uyğunsuzluqlar müşahidə olunurdu. Buna görə də qərara gəldik ki, ortaq əlifbanın ayrı-ayrı türk dillərində istifadə qaydalarını müəyyənləşdirək. Yəni, həmin 34 hərfin qazax, qırğız, özbək və digər türk dillərinin əlifbalarında necə işlədilməsi üçün vahid prinsiplər hazırlanmalıdır”, – deyə Ş.Mustafayev vurğulayıb.

O bildirib ki, bu istiqamətdə iş aparılıb və Ortaq Türk Əlifbası Komissiyasının dördüncü iclası iyunun 15-də Astanada, Türk Akademiyasının mənzil-qərargahında keçirilib. “Həmin iclasda qazax və qırğız dilləri üçün ortaq türk əlifbasının istifadə qaydaları qəbul edilərək təsdiqləndi. Yəni, gələcəkdə Qazaxıstan və Qırğızıstan bu əlifbaya keçəcəyi təqdirdə, artıq onlara tətbiq üçün konkret model tövsiyə olunur”, – deyə Akademiya prezidenti qeyd edib.

Ş.Mustafayev əlavə edib ki, hazırda Özbəkistan əlifbası üzrə işlər davam etdirilir. “Özbəkistanlı həmkarlarımız, komissiya üzvləri və dilçilərlə məsləhətləşmələr aparırıq. Düşünürəm ki, özbək əlifbası ilə bağlı məsələlərin həlli üçün komissiyanın növbəti iclasının keçirilməsinə ehtiyac olacaq”, – deyə o bildirib.

Türkologiya sahəsində keçirilən beynəlxalq tədbirlərə də toxunan Ş.Mustafayev Bakıda 100 ildən sonra yenidən təşkil olunan Birinci Türkoloji Qurultayın yubiley tədbirinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. “Bu tədbir böyük əhəmiyyət kəsb edir. Bu, həm Türk dünyasına, həm Azərbaycana, həm də bütün dünyaya ünvanlanan mühüm mesajdır. Tədbir göstərir ki, 100 il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın ideyaları bu gün də yaşayır, öz aktuallığını qoruyur və davam edir”, – deyə o bildirib.

Akademiya prezidentinin sözlərinə görə, tədbir həm də XX əsrin 30-cu illərində türk xalqlarına və türk mədəniyyətinə qarşı həyata keçirilən repressiyalara baxmayaraq, Türk dünyasının yaşadığını və gələcəyini birlikdə qurmaq əzmində olduğunu nümayiş etdirir.

“Bu baxımdan, həm bu tədbirin, həm də bütövlükdə “Türk Dünyası Həftəsi”nin çox böyük tarixi və mənəvi əhəmiyyəti var”, – deyə Şahin Mustafayev əlavə edib.

Əvvəlki Yazı

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar siyasətinin təzahürüdür

Növbəti Yazı

Azərbaycanda daha 28 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.