16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Samir Nəsirov: Azərbaycan birinci rübdə xaricə 1,1 milyard dollardan çox investisiya yatırıb

2026-cı ilin birinci rübündə Azərbaycandan xaricə 1 milyard 109 milyon 851 min dollar investisiya yatırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübü üzrə tədiyə balansının açıqlanmasına həsr olunan brifinqdə deyib.

O bildirib ki, yatırılan investisiyalar üzrə ilk beşlikdə Türkiyə, Böyük Brotaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Gürcüstan, Özbəkistan və ABŞ dayanır:

“Bundan əlavə, hesabat dövründə Azərbaycan iqtisadiyyatına 1 milyard 720 milyon 136 min dollar birbaşa xarici investisiya cəlb olunub. İlk beşlikdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Kipr, Rusiya və İran dayanır”.