Prezident Maya Sandu əhalini elektrik enerjisinə və suya qənaət etməyə çağıraraq, isti və quraqlıq yaxın günlərdə davam edərsə, Moldovanın daha ciddi problemlərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
“Əgər tezliklə yağış yağmasa və bölgədəki elektrik stansiyaları yenidən işə düşməsə, bu günkündən daha çətin vəziyyətlə qarşılaşacağıq. Daha az elektrik enerjisi istehlak etməyə çalışmalıyıq”, – deyə prezident Moldovanın ” Jurnal Politic” nəşrinə verdiyi müsahibədə bildirib.
O, eyni şeyin su təchizatına da aid olduğunu söylədi. O, suyu Ukrayna ilə həmsərhəd olan Dnestr çayından alan Kişinyovda su çatışmazlığını istisna etmədi. “Kişinyovun bir neçə gün susuz qalması əsl fəlakət olardı. Ümid edirəm ki, özümüzü belə bir vəziyyətdə tapmayacağıq”, – Sandu qeyd edib. (Tass)
