May 28, 2026-23:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Seulda Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib

2025:11:24 - 16:50
in SİYASƏT
A A

“Konstitusiya və Suverenlik İli” çərçivəsində şanlı Zəfərimizin 5 illiyi münasibətilə Koreya Respublikasının paytaxtı Seul şəhərində icmamızın üzvləri və azərbaycanlı tələbələrlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin dəstəyi ilə baş tutan görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Qarabağ Zəfərinin 5 illiyi münasibətilə soydaşlarımızı təbrik edib. O, fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. Diaspor hərəkatının gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi, milli kimliyin qorunması və mədəni diplomatiyanın genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb. Həmçinin fondun təhsil təşəbbüsləri, gənclərin fəaliyyətinin dəstəklənməsi, informasiya təminatı, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği, müxtəlif ölkələrdə icmaların layihələrinin maliyyələşdirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılmasından bəhs edib. Vurğulayıb ki, Koreyada yaşayan azərbaycanlıların təşkilatlanması dövlətimizin daim diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən ölkəmizin Koreyadakı səfirliyinin əməkdaşı Vüsalə Zeynallı Azərbaycan diplomatiyasında diaspor fəaliyyətinin təşviqinə xüsusi diqqət yetirildiyini bildirib.

Görüşdə tələbələrin təhsil mühiti, akademik fəaliyyəti və onları düşündürən digər məsələlər müzakirə olunub. İştirakçıların fondun dəstək mexanizmləri, qrant proqramları, mədəni və sosial layihələrdə iştirak imkanları haqqında sualları cavablandırılıb.

Əvvəlki Yazı

Yaponiyanın cənubundakı ABŞ hərbi bazaları susuz qala bilər

Növbəti Yazı

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında Əməkdaşlıq Proqramı imzalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.