Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çin Xalq Respublikasının sədri Si Cinpin gələn il ikitərəfli əməkdaşlığın inkişafında yeni uğurlar qazanmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə birgə işləmək niyyətindədir.
Si Cinpin Putinə Yeni il təbrikində bildirib ki, “2026-cı il Çin-Rusiya strateji tərəfdaşlığının qurulmasının 30-cu ili və Çin ilə Rusiya Federasiyası arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasının 25-ci ildönümü olacaq. Cənab Prezident, yeni dövrdə Çin-Rusiya münasibətlərinin davamlı inkişafında yeni nailiyyətlər əldə etmək üçün Sizinlə birlikdə işləməyə hazıram”. (Tass )
