Çin və ABŞ konstruktiv və sabit münasibətlər qurmaq barədə razılığa gəliblər. Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampın səfəri şərəfinə keçirilən təntənəli ziyafətdə bildirib.
Çin lideri bildirib ki, “Çin və ABŞ arasında konstruktiv və strateji cəhətdən sabit münasibətlər qurmaq və onların davamlı, sağlam və sabit inkişafını təşviq etmək barədə razılığa gəldik”. (Tass)
