Çin Xalq Respublikasının Sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In yeni dövrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mühüm razılığa gəliblər. Bu barədə Çin liderinin dövlət səfəri münasibətilə keçirilən qarşılama ziyafətindən sonra Sinxua xəbər agentliyi məlumat yayıb.
Si Cinpin bildirib ki, “Bu səfər zamanı yoldaş Baş katib Kim Çen Inla mən mühüm bir konsensusa gəldik”. O, əlavə edib ki, tərəflər sosializmin gələcəyinin strateji perspektivindən çıxış etmək, yüksək səviyyəli əlaqələri gücləndirmək, strateji qarşılıqlı əlaqəni dərinləşdirmək, praktiki əməkdaşlığı genişləndirmək və iki ölkə xalqları arasında əlaqələri təşviq etmək barədə razılığa gəliblər.
Kim Çen In da öz növbəsində qeyd edib ki, Si Cinpinlə yeni görüşü dəyişən beynəlxalq vəziyyəti nəzərə alaraq mühüm razılaşmalar əldə etməyə imkan verib. Şimali Koreya lideri əlavə edib ki, tərəflər həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparıblar. (Tass)
