KXDR zibillə dolu olduğu güman edilən şarları yenidən Koreya Respublikasına doğru havaya atıb. Bu barədə Cənubi Koreya paytaxtının hakimiyyət orqanları məlumat yayıb.
“Şimali Koreyadan buraxılan hava şarları olduğu güman edilən obyektlər Şimali Gyeonggi əyaləti üzərindəki hava məkanında aşkar edilib”, – Seul meriyasının kütləvi poçtunda deyilir. Səlahiyyətlilər hava şarları paytaxta çatdıqda məlumat verəcəklərini vəd ediblər. (Tass)
