Britaniya Parlamentinin İcmalar Palatasının (aşağı palatası) hakim Leyborist Partiyasından olan 100-dən çox üzvü, Böyük Britaniya Baş naziri Keir Starmerin istefası ilə bağlı ehtimallar fonunda onu dəstəkləyən bəyanat imzalayıb. Bu barədə Sky News məlumat yayıb.
Qeyd olunur ki, bəyanat İcmalar Palatasının arxa kürsüləri olan sıravi Leyborist millət vəkilləri tərəfindən hazırlanıb. Onlar Starmerin Leyborist Partiyasının lideri vəzifəsindən uzaqlaşdırılmasına qarşı çıxıblar.
Mətndə deyilir: “Ötən həftə son dərəcə məyusedici seçki nəticələri aldıq. Bu, seçicilərin etimadını bərpa etmək üçün qarşımızda çətin bir işin olduğunu göstərir. Bu iş bu gün başlamalıdır. Hamımız ölkənin ehtiyac duyduğu dəyişiklikləri həyata keçirməliyik. Buna diqqət yetirməliyik. İndi partiya lideri üçün seçkiləri təşkil etməyi vaxtı deyil”. Müraciət müəlliflərinin adları açıqlanmayıb. (Tass)
