Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana gətirilən vaksinin ölkəmizdə geniş tətbiqinə başlanılacaq.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Zakir Quliyev qeyd edib ki, xəstəlik zamanı qrip əleyhinə peyvənd vurdurmaq tövsiyə olunmur: “Xəstəlik tam sağalıb simptomlar gedəndən sonra vaksin vurdurmaq olar. Bu günə qədər vaksinlərdən ciddi əks-təsir aşkarlanmayıb. Yüngül təsirlər – qızartı, temperatur və s. ola bilir. Bundan əlavə, allergiyası, xüsusən də yumurtaya qarşı allergiyası olan insanlara qrip əleyhinə vaksin vurdurmaq tövsiyə edilmir”.
