Somali Federativ Respublikası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə təhlükəsizlik, müdafiə və nəqliyyat sahələrində əməkdaşlıqla bağlı bütün ikitərəfli müqavilələri ləğv edib. Bu qərar Somali Nazirlər Şurasının 12 yanvarda keçirilən iclasında qəbul edilib.
Somali xəbər portalı Dawan Africa Nazirlər Şurasının qətnaməsindən çıxarışlar sitat gətirir: “Somalinin suverenliyini, milli birliyini və siyasi müstəqilliyini sarsıdan hərəkətlərin təhlilinə əsasən, Nazirlər Şurası BƏƏ ilə bağlanmış bütün təhlükəsizlik müqavilələrini ləğv edir”. Portalın məlumatına görə, bu addım Somalinin milli bütövlüyünü və konstitusiya quruluşunu qorumaq üçün atılıb.
Sazişlərin ləğvi qərarı BƏƏ-nin Somalidəki liman və hava limanlarının idarə olunmasına da təsir göstərir. Xüsusilə, bu, Somalinin Berbera, Bosaso və Kismaayo şəhərlərindəki dəniz limanlarına və hava limanlarına təsir göstərir.(Tass)
