İrandan martın 3-də saat 10:00-13:00 aralığında daha 89 nəfər Azərbaycana təxliyə edilib.
“Report”un Cənub bürosu xəbər verir ki, onlardan 6-sı Azərbaycan, 74-ü Çin, 6-ı Slovakiya, 2-i İran, 1-i isə Türkiyə vətəndaşıdır.
Qeyd edək ki, hərbi əməliyyatların başladığı fevralın 28-dən bu gün saat 13:00-a qədər İrandan Azərbaycana 704 nəfər təxliyə olunub.
