Həkim İzmir Məmmədov bildirir ki, bunun üçün üç gündən yeddi günədək cinsi pəhrizdə olmaq lazımdır. Bu müddət intervalı mütləq qorunmalıdır, əks halda göstəricidə faiz nisbəti aşağı olacaq və səhv diaqnozun ardınca səhv müalicə aparılacaq. Laboratoriyada gözləmə müddətini nəzərə alaraq həkim tövsiyə edir ki, analiz 15 gün fasilə ilə iki dəfə verilsin. Yoxlanışdan əvvəl antibiotik qəbulu həmçinin səhv diaqnoza səbəb olur. Lakin bədənin gümrah və ya yorğun olmasının, şəxsin nə yeməsinin və yaxud spirti içki qəbul edib- etməməsinin fərqi yoxdur. Proses sakit, normal şəraitdə getməlidir ki, lazımı nəticə əldə olunsun.