“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bu Ulu öndər Heydər Əliyev strategiyasının mühüm tərkib hissəsi idi”.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova deyib.
O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ideyaları gələcək nəsillər üçün də yaşayacaqdır.
