Finlandiya prezidenti Aleksandr Stubbun sözlərinə görə, Hörmüz boğazı faktiki olaraq İranın əlində “nüvə silahına” çevrilib.
O, Vaşinqtonda Brukinqs İnstitutunda keçirilən seminarda bildirib ki, “Hörmüz boğazı mahiyyət etibarilə nüvə silahına çevrilib və bu, təkcə enerji və neftin qiymətlərinə deyil, həm də gübrələrin və qidanın qiymətlərinə, ümumiyyətlə ticarətə təsir göstərir. Lakin İran hazırda bir çox kartlara sahibdir. Qorxuram ki, reallıq budur”, – Finlandiya lideri etiraf edib.
O, həmçinin ABŞ-ın İrana qarşı dəniz blokadası elan etmək qərarının Tehrandan böyük həcmdə neft alan Çinin kəskin etirazlarına səbəb ola biləcəyi fikrini bildirib. “Əgər onlar (ABŞ – TASS) bu məsələdə Çinlə mübahisəyə girsələr, nə baş verəcəyini görmək maraqlı olacaq”, – deyə Stabb Amerika ideyasını şərh edərkən bildirib.
