NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq Almaniyanın hərbi gücə çevrilmək yolunda olduğunu düşünür.
“Düzdür və mən bunu alqışlayıram”, – deyə o, “Der Spiegel” jurnalına verdiyi müsahibədə Almaniyanın tezliklə NATO-da yeni bir rol oynaya biləcəyi fikrini cavablandırıb. “Ölkənizin müdafiə xərclərinə görə ABŞ, Böyük Britaniya və Fransadan sonra dördüncü yerdə olduğu vaxtı yaxşı xatırlayıram. Bu, kökündən dəyişib”, – deyə Stoltenberq bildirib. O, Almaniyanın müdafiə naziri Boris Pistoriusun bu transformasiyaya əhəmiyyətli töhfə verdiyini iddia edərək, “Almaniya böyük bir hərbi gücə çevrilmək yolundadır”, – deyə qeyd edib.
Almaniya kansleri Fridrix Merts daha əvvəl dəfələrlə Almaniya hakimiyyətinin Bundesveri Avropanın ən güclü ənənəvi ordusuna çevirmək istəyini bildirmişdi.
