Sülh Şurası ABŞ prezidenti Donald Trampa Qəzza zolağını idarə etmək üçün faktiki olaraq məhdudiyyətsiz səlahiyyətlər verən plan hazırlayıb. Bu barədə The New York Times (NYT) qəzetinin əldə etdiyi 22 yanvar tarixli qətnamə layihəsinə istinadən məlumat yayıb.
Sənədə görə, Tramp şuranın sədri kimi anklavı idarə etmək üçün yüksək vəzifəli şəxsləri, o cümlədən ali nümayəndəni və beynəlxalq sabitləşdirmə qüvvələrinin komandanını təyin edə biləcək. Layihə həmçinin prezidentə fövqəladə hallarda istənilən qətnaməni təsdiqləmək və ya dayandırmaq səlahiyyəti verir. Nəşr qeyd edir ki, “Şura on milyardlarla dollara başa gələn nəhəng layihə olan Qəzzanın yenidən qurulmasını əlaqələndirəcək və humanitar yardımın çatdırılmasını təmin edəcək”.
Qəzet bildirir ki, noyabr ayında BMT Təhlükəsizlik Şurası Sülh Şurasına müvafiq mandat verib. Lakin ABŞ-ın Fransa, Böyük Britaniya və İspaniya kimi müttəfiqləri Sülh Şurasına qoşulmaqdan imtina ediblər və qurumu BMT çərçivəsindən kənarda fəaliyyət göstərdiyinə və Fələstin Muxtariyyətini sülh prosesindən kənarlaşdırdığına görə tənqid ediblər. (Tass)
