Avqust 18, 2026-18:39
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

22.01.2026-ci il tarixində saat 02:40 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2-si yeniyetmə olmaqla 4 nəfər (2 kişi, 2 qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Sumqayıt Tibb Mərkəzindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.