Suriyanın cənubundakı Dəra əyalətində hərbi patrula hücum edilib. Bu barədə yerli mənbəyə istinadən Sham FM radiostansiyası məlumat yayıb.
Onun sözlərinə görə, hadisə əyalətin şimal hissəsindəki magistral yolda baş verib. Hücum partlayıcı qurğu vasitəsilə həyata keçirilib. Hücum nəticəsində azı 3 Suriya əsgərinin yaralandığı bildirilir.
Hadisənin digər təfərrüatları açıqlanmır. (Tass)
