İyun 12, 2026-22:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şuşa Bəyannaməsi: beş ildə təsdiqini tapan tarixi qərar

2026:06:12 - 17:05
in SİYASƏT
A A
Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun və müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının beş ili tamam olur. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən birgə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkənin münasibətlərində yeni səhifə açdı. Dövlətimizin başçısı İlham Əliyevin Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır.

Reallıq budur ki, dünya hər zaman Azərbaycan-Türkiyə münasibətlərinin timsalında dostluğun və qardaşlığın nümunəsini görür. Bütün məqamlarda bir-birinin yanında olan iki qardaş ölkə əməkdaşlıq əlaqələrini bütün sahələrdə uğurla davam etdirir. Şuşa Bəyannaməsində bu əlaqələrin dünəninə və bu gününə nəzər salınmaqla gələcək inkişaf istiqamətləri də aydın şəkildə ifadə olunub. Belə ki, tarixə əsaslanan bu Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları öz əksini tapıb. Bu çağırışlar iki dost ölkə arasındakı münasibətlərin əsasını təşkil edir.

44 günlük Vətən müharibəsində dünya bir daha bu birliyin və həmrəyliyin şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” mesajını verdi. Tarixi Zəfərimiz birliyimizin təcəssümü kimi dəyərləndirilir. Bu gün həmin birlik Şuşa Bəyannaməsinin hər bir müddəasında öz əksini taparaq əbədiliyini və sarsılmazlığını bir daha nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında bu əminliyi də ifadə etmişdi ki, “Bu gün buradan – qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyada böyük əks-səda doğuracaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, qardaşlığın yeni tarixi mərhələsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, ölkələrimiz arasındakı əlaqələrin bütün müstəvilərdə davamlı inkişafını təmin edir: “Bu sənəd hər iki ölkənin iqtisadi qüdrətini artırır. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri ölkələrin iqtisadi imkanlarının genişlənməsində mühüm rol oynamaqla yanaşı, aralarındakı körpüləri daha da möhkəmləndirir. Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verən layihələrimizin coğrafiyası getdikcə genişlənir. Şuşa Bəyannaməsində tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan və Türkiyənin qabaqcıl rolunu vurğulayırlar. Həmçinin bu layihənin səmərəli istifadəsinə və daha da inkişaf etdirilməsinə yönəlmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdiriləcəyini bildirir, qlobal enerji sektorunda baş verən prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi məqsədilə elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək təşəbbüslərin artırılması və davam etdirilməsi niyyətini ifadə edirlər”.

Malik Həsənov vurğulayıb ki, Şuşa Bəyannaməsində, həmçinin Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi qeyd olunur.

Deputatın sözlərinə görə, Şuşa Bəyannaməsi iki ölkənin xarici siyasət uğurlarının davamlılığında, müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsində, eləcə də yeni əməkdaşlıq istiqamətləri olan təhsil və media sahələrində əlaqələrin uğurlu inkişafında əhəmiyyətli rol oynayır.

Ümumilikdə Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Eyni zamanda, bu sənəd Azərbaycan və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir.

Əvvəlki Yazı

Bakı Limanında quru yük aşırılması 77% artıb

Növbəti Yazı

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.