İyul 31, 2026-17:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən “Kitab dayanacağı” istifadəyə verilib

2026:07:20 - 13:44
in MƏDƏNİYYƏT
A A

“Azercell Telekom” MMC Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsi məqsədilə Şuşanın mərkəzində “Kitab dayanacağı”nı istifadəyə verib.

Açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və “Aztelekom” MMC ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gəlib. Təşəbbüs Azercell-in ESG strategiyasına uyğun olaraq günəş enerjisi ilə işləyir və ekoloji cəhətdən dayanıqlı həll kimi layihələndirilib.

“Kitab dayanacağı” günün 24 saatı fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər. Rəqəmsal əlçatanlığın təmin edilməsi məqsədilə köşk ödənişsiz Wi-Fi xidməti ilə də təchiz olunub. Bununla yanaşı, ziyarətçilər xüsusi enerji doldurma məntəqələrində rahatlıqla mobil cihazlarının enerji ehtiyatını bərpa edə biləcəklər.

Vaqif poeziya günləri çərçivəsində baş tutan açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər. “Kitab dayanacağı”nın ilk qonağı xalq şairi Vahid Əziz olub.

Tədbirdə çıxış edən Sona Abbasova bildirib: “Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa əsrlər boyu ölkəmizdə ədəbi-bədii fikrin və mütaliə ənənələrinin formalaşmasında xüsusi rol oynayıb. İnanırıq ki, “Kitab dayanacağı” hər kəs üçün açıq və müasir bir ictimai məkan kimi Şuşanın zəngin mütaliə mədəniyyətinin yaşadılmasına, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək. Günəş enerjisi ilə işləyən bu layihə eyni zamanda ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq edərək şəhərin dayanıqlı inkişafına xidmət edəcək”.

Qeyd edək ki, “Kitab dayanacağı” Qarabağ küçəsində fəaliyyət göstərir.Apa.

Əvvəlki Yazı

Azad edilmiş ərazilərdə daha 228 mina, 630 PHS aşkarlanıb

Növbəti Yazı

Azərbaycanda “İstilik qurğularının quraşdırılması Qaydaları” təsdiqlənib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.