Budapeşt dünyanın bloklara bölünməsinin qəti əleyhinədir və Qərblə Şərq arasında normal əməkdaşlığı bərpa etmək istəyir. Bunu Macarıstanın xarici işlər naziri Peter Szijarto MAQATE Baş Konfransının 69-cu növbəti sessiyasında deyib.
“Son zamanlar bizi əhatə edən bütün münaqişələrin vektorlarına nəzər salsaq, görərik ki, bu vektorlar bir istiqamətə yönəlib. Eyni istiqamət isə çox təhlükəlidir. Bu, dünyanın bloklara bölünməsinə aparan yoldur. Və biz, macarlar, coğrafiyamıza və tarixi təcrübəmizə görə bunun qəti əleyhinəyik. Coğrafiyamızı və tarixi təcrübəmizi nəzərə alaraq, Qərb və Şərq arasında əməkdaşlıqda son dərəcə maraqlıyıq”. Macarıstan Xarici İşlər Nazirliyi qeyd edib. (Tass)
