Səbəbsiz yerə ürəyin sıxılır, daim içində bir qorxu var amma bu qorxunun nə ilə bağlı olduğunu bilmirsən. Davamlı olaraq sənə elə gəlir ki, nəsə pis şeyin baş verəcəyi qaçılmazdır. Bu təşviş pozuntusunun əlamətləri ola bilər. Keçmişdə yaşadığın neqativ hadisələr ötüb keçir. Sənə elə gəlir ki, bitsisə, vəssəlam. Lakin qalıq kimi şüuraltında mövcuddur. Müdafiə mexanizmi kimi sonralar işə düşür və səni, sanki, müdafiədə saxlayır ki, nəsə baş verə bilər. Müdafiə deyildi üçün müsbət duyğu kimi qəbul edilə bilər. Lakin bunun mənfi tərəfləri daha çoxdur. Belə ki, insanın həyatına və xüsusən, fəaliyyətinə mənfi təsir edir.
Klinik psixoloq Tamilla Suleymanova