May 9, 2026-18:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Tanınmış fotoqraf Babək Quliyevin anadan olmasının 70-ci ildönümü tamam olur

2025:08:20 - 14:10
in MƏDƏNİYYƏT
A A

Bu gün Əməkdar mədəniyyət işçisi, tanınmış fotoqraf, operator Babək Quliyevin anadan olmasının 70-ci ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, Babək Quliyev bir çox filmlərdə videooperator, fotoqraf kimi fəaliyyət göstərib.

Babək Quliyev 1955-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Uzun illər Mədəniyyət Nazirliyi sistemində fotoqraf, videooperator, nazirliyin Elmi-Metodik Mərkəzinin nəzdində video-foto studiyasının rəhbəri vəzifələrində işləyib, həmçinin “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

90-cı illərdə Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Reklamçılar İttifaqının üzvü olub. Mətbu orqanlarda fotoqraf kimi çalışıb.

Qarabağ haqqında iki kitabın müəllifidir. 2007-ci ildə Babək Quliyevin layihə müəllifi olduğu “Qarabağ: dünən, bu gün (fotoşəkillərdə)” kitab-albomu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunub. Kitabda Qarabağın işğaldan əvvəlki, 1990-cı illərədək zəngin tarixi-mədəni irsini, memarlıq abidələrini, qaynar mədəni həyatını əks etdirən fotolarla yanaşı, bu mədəni zənginliyin işğaldan sonra erməni vandalizminə məruz qalmış, dağıdılıb talan edilmiş görüntüləri yer alıb.

Prezident İlham Əliyevin 31 iyul 2019-cu ildə imzaladığı “Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında” Sərəncam ilə Quliyev Babək Barat oğlu “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Babək Quliyev 2024-cü il mayın 25-də, ömrünün 69-cu ilində vəfat edib.

 

Əvvəlki Yazı

Diş fırçaları ağız boşluğunu müayinə edəcək

Növbəti Yazı

Tramp Rusiyaya Uzaq Şərqin inkişafı üçün investisiyalar təklif edə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.