May 12, 2026-22:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Tarixi abidəyə qarşı vandallıq üzücüdür, gənclər arasında davamlı təbliğat aparılmalıdır

2026:04:03 - 15:58
in SOSİAL
A A
Nizami Kino Mərkəzinin binasına qarşı vandallıq aktı çox üzücüdür. Təəssüf ki, gənclərin bir qismi yanlış yoldadırlar və onlar bəlkə özləri də dərk etmədən tarixi abidəyə ziyan vurublar.

Bu fikirləri “Report”a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu cür hadisənin baş verməsi qəbuledilməzdir:

“Tarixi binaları qorumaq hər birimizin üzərinə düşən vəzifədir. Son hadisədə ən narahatedici tərəflərdən biri də gənclərin belə bir əmələ yol verməsidir. Onların yanlış yolda olması narahatlıq doğurur. Ona görə də gənclərlə daha sıx iş aparmalıyıq. Ailələr isə övladlarının tərbiyəsinə ciddi önəm verməlidirlər, məktəblərdə təlim-tərbiyə işi gücləndirilməlidir. Gənclər arasında davamlı təbliğat aparılmalıdır”.

Milli Məclisin üzvü bildirib ki, bu gün sosial media, qloballaşma, gəncliyin müxtəlif təsirlərə məruz qalması onların milli-mənəvi dəyərlərdən uzaqlaşmasına gətirib çıxarır:

“Gənclərdə yanlış fikirlərin formalaşması təkcə onların tarixi abidələrə ziyan vurmasına gətirib çıxarmır, eyni zamanda, xoşagəlməz addımların həmyaşıdları arasında adiləşməsinə səbəb ola bilər. Yeniyetmələr, gənclər və onların ailələri bilməlidirlər ki, xalqları, dövlətləri güclü edən onun dəyərləridir. Biz mədəniyyətimizi, eləcə də tariximizi qorumalıyıq. Azərbaycan xalqının gələcəyi gənclərdir və gələcəyin idarəçiləri kimi onlardan gözləntilər çoxdur”.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Hadisə ilə bağlı qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onların valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəymiş ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

Əvvəlki Yazı

Türk dövlətləri arasında strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

Növbəti Yazı

Orta Dəhliz region ölkələrinə müstəqil iqtisadi siyasət yürütmək imkanı verir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.