Aprel 20, 2026-21:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Tarixi irsin rəqəmsallaşdırılması əsas vəzifələrdən biridir – elmi seminar

2026:03:11 - 16:13
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində fəaliyyət göstərən Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində çıxışında tarix elmi qarşısında qoyulan əsas vəzifələr” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Seminarda laboratoriyanın müdiri dosent Səidə Quliyeva məruzə edib. Məruzədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirindəki konseptual çıxışından irəli gələn strateji vəzifələr təhlil edilib. Bildirilib ki, dövlətimizin başçısının çıxışı humanitar elmlər sahəsində yeni “yol xəritəsi” kimi qiymətləndirilə bilər. Çıxışda tarixin tədqiqi, beynəlxalq təbliği, dövrləşdirilməsi, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin elmi-nəzəri konsepsiyasının işlənilməsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinin və şəhərsalma fəaliyyətinin cari tarixinin yazılması, eləcə də milli ideologiya, dövlətçilik şüuru və milli özünüdərkin gənc nəslə aşılanması kimi məsələlərin prioritet istiqamətlər olduğu vurğulanıb.

Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış strategiyasının tarixi-hüquqi əsaslandırılması, erməni saxtakarlığına qarşı elmi faktlarla mübarizə aparılması, çar Rusiyası dövrünə aid xəritə və arxiv sənədləri əsasında tarixi həqiqətlərin üzə çıxarılması müasir tarix elminin əsas vəzifələrindəndir. Həmçinin Azərbaycanın yeni rəqəmsal arxitekturası çərçivəsində tarixi irsin rəqəmsallaşdırılması və dünya ictimaiyyətinə təqdim olunmasının vacibliyi qeyd edilib.

Seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev, böyük elmi işçi Ulduz Paşayeva və dosent Sevinc Ruintən mövzu ətrafında fikir mübadiləsi aparıblar. Çıxışlarda tarix elmində müasir çağırışlara uyğun yeni istiqamətlərə diqqətin artırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, elmi-tədqiqat laboratoriyalarının gələcək mövzuları müəyyənləşdirilərkən müzakirə olunan istiqamətlər nəzərə alınmalıdır. Tarixi tədqiqatların beynəlxalq indekslənən jurnallarda və xarici dillərdə yayımlanması müasir dövrün əsas tələblərindən biridir.

Əvvəlki Yazı

WUF13 çərçivəsində şəhərsalma və nəqliyyatın inteqrasiyası ilə bağlı hansı addımlar atılmalıdır?

Növbəti Yazı

XIII Qlobal Bakı Forumuna həsr olunmuş brifinq keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.