Amerika hərbçiləri İranın cənubundakı Buşehr şəhərinə hava hücumu həyata keçirib. Bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, iki binaya ziyan dəyib. Zərərin qiymətləndirilməsi davam edir.
Agentliyin məlumatına görə, Sirik şəhərinin yerləşdiyi Hörmüzqan əyalətinin qubernatoru şəhərə hücumlar barədə məlumatları təkzib edib. Daha əvvəl İran mediası Xuzistan əyalətinin Bəndər Mahşəhr və Behbahan şəhərlərində, eləcə də Təbriz, Sirik və Çabaharda bir sıra partlayışlar barədə məlumat vermişdi.
