Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçı ilə telefon danışığı zamanı ABŞ və İran arasında müvəqqəti atəşkəsi müzakirə edib. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Mənbə bildirib ki, “8 apreldə Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Söhbət zamanı Fidan Türkiyənin müvəqqəti atəşkəs razılaşmasından məmnunluğunu ifadə edib və Türkiyənin davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini bildirib”.
