Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Mənbə bildirib ki, “Xarici işlər naziri Hakan Fidan aprelin 13-də Rusiya xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb. Müzakirə [Fars körfəzində] müharibəyə son qoymaq səylərinə yönəlib”.
