TASS-ın sorğusuna cavab olaraq, İsrail Müdafiə Qüvvələri İsrail təyyarələrinin Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətindəki hərbi aerodromu vurduğu iddiası ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib.
Agentliyin ordu mətbuat xidmətindəki mənbəsi müvafiq suala “Şərh yoxdur” cavabını verib.
Daha əvvəl Syria TV bir mənbəyə istinadən iddia etmişdi ki, İdlib əyalətindəki hərbi aerodroma zərbələr İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Mənbənin sözlərinə görə, hücumlar nəticəsində maddi ziyan dəyib. Mülki şəxslər arasında itkilər barədə məlumat verilməyib. (Tass)
