Hava hərəkətinin idarə edilməsi dairələrindəki mənbə TASS-a bildirib ki, Qətər, Bəhreyn və Küveytin hava məkanı ən azı beş saat uçuşlar üçün bağlanacaq.
Agentliyin mənbəsi bildirib ki, “Küveyt, Qətər və Bəhreyn üzərindəki hava məkanının bağlanması UTC saat 10:00-a (Bakı vaxtı ilə 14:00) qədər uzadılıb”. O, xatırladıb ki, 28 fevral günortadan sonra tətbiq edilən bu ölkələr üzərindən uçuş qadağası 2 mart səhərinə qədər qüvvədə qalıb. (Tass)
