İyul 9, 2026-21:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Tatyana Poloskova: Prezident İlham Əliyevə yüksək ictimai etimad Azərbaycanın tarixi uğurlarının nəticəsidir

2026:07:09 - 17:35
in SİYASƏT
A A

Prezident İlham Əliyevə Azərbaycan cəmiyyətində göstərilən yüksək ictimai etimad və yüksək reytinq kifayət qədər aydın səbəblərlə izah olunur. Cəmiyyət hər zaman əldə olunan konkret nəticələrə qiymət verir və bu nəticələr bu gün açıq şəkildə görünür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında duran ən mühüm milli məsələlərdən biri həll olunub: “İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın işğal altında olan əraziləri Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edildi, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu, dövlətçilik tarixində mühüm nailiyyətdir və cəmiyyətin dövlət başçısına göstərdiyi yüksək etimadın əsas səbəblərindən biridir. Prezident İlham Əliyev Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirməyə nail olub.

Nisbətən kiçik əraziyə malik və əsasən təbii resursları ilə tanınan Azərbaycan bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada mühüm cazibə mərkəzinə çevrilib. Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq edir, ərəb dövlətləri ilə əlaqələrini genişləndirir və regionun əsas inkişaf mərkəzlərindən biri kimi çıxış edir”.

Rusiyalı ekspert hesab edir ki, Azərbaycanın inkişaf perspektivləri də kifayət qədər genişdir. “Azərbaycanın gələcəkdə Türkiyə, Qazaxıstan və digər tərəfdaş dövlətlərlə birlikdə dünya miqyasında mühüm iqtisadi və mədəni cazibə mərkəzlərindən birinə çevrilməsi üçün bütün imkanlar mövcuddur. Cənubi Qafqazda gedən proseslər Rusiyada da böyük maraqla izlənilir. Biz Rusiyada Azərbaycanda baş verən prosesləri diqqətlə izləyirik. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticələri həm regionda, həm də beynəlxalq səviyyədə aydın şəkildə görünür”, – deyə T.Poloskova bildirib.

O, Azərbaycan-Rusiya münasibətlərinə də toxunaraq bildirib ki, iki ölkə arasında əməkdaşlıq sabit və praqmatik əsaslar üzərində inkişaf etməlidir. “Biz hesab edirik ki, Azərbaycan-Rusiya münasibətləri sabit, işgüzar və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanmalıdır. Bu münasibətlər hər iki ölkənin inkişafı üçün mühüm potensiala malikdir. Hesab edirəm ki, qarşıdurma heç bir tərəfin maraqlarına xidmət etmir və münasibətlər qarşılıqlı hörmət, etimad və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməlidir”, – deyə Rusiyanın birinci dərəcəli dövlət müşaviri vurğulayıb.

Əvvəlki Yazı

Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqləyib

Növbəti Yazı

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.