Qazaxıstanda parlamentli respublikanın yaradılmasından söhbət getmir. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Mən son dərəcə açıq deyəcəyəm: islahatların mahiyyəti siyasi sistemimizin institusional bazasını daha da gücləndirməkdən ibarətdir. Parlament respublikasının yaradılması məsələsi gündəmdə deyil. Bizim müəyyənedici “Güclü prezident – nüfuzlu parlament – hesabatlı hökumət” modelimiz qüvvədə qalır”, – mətbuat xidməti Qazaxıstan prezidentinin sözlərini sitat gətirir. (Tass)
