İyun 28, 2026-20:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Topoloji izolyatorların kimyası və materialşünaslığın bəzi məsələləri – ustad dərsi

2026:03:13 - 13:55
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Elmə dəstək şöbəsinin müdiri Məhəmməd Babanlı Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “Topoloji izolyatorların kimyası və materialşünaslığının bəzi məsələləri” mövzusunda ustad dərsi keçib. Ustad dərsi 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Məruzəçi bildirib ki, topoloji izolyator materiyanın xüsusi kvant halıdır və bu materiallar həcmdə izolyator kimi davransa da, səthdə yüksək spin-polyarlaşmış keçiriciliyə malikdir. Bu xüsusiyyətlər topoloji izolyatorlar əsasında keyfiyyətcə yeni elektronika sahələrinin – spintronika və topoloji kvant kompüterlərinin yaradılması üçün geniş imkanlar açır. Həmin materialların tibdə və təhlükəsizlik sistemlərində istifadə olunan terahers detektorlarında, eləcə də kvant kompütinqi əsasında işləyən yeni nəsil cihaz və qurğularda tətbiqi perspektivlidir.

Məhəmməd Babanlı qeyd edib ki, ölkəmizdə qeyri-üzvi materialşünaslıq sahəsində 50 ildən artıqdır elmi-tədqiqat işləri aparılır və elmi məktəb formalaşıb. O, topoloji izolyator materialları sahəsində sistemli tədqiqatların 2011-ci ildən aparıldığını deyib və bu müddətdə Azərbaycan alimlərinin Avropa Birliyi və Yaponiyanın aparıcı elmi mərkəzləri ilə geniş beynəlxalq əməkdaşlıq əlaqələri qurduğunu vurğulayıb. Əməkdaşlıq çərçivəsində əldə olunan nəticələrin “Web of Science” bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap edilmiş 30-dan artıq elmi məqalədə əks olunduğu diqqətə çatdırılıb.

Məruzəçi əlavə edib ki, 2019-cu ildə Azərbaycan və müxtəlif ölkələrdən olan alimlərin antiferromaqnit topoloji izolyatorların kəşfinə həsr olunmuş “Antiferromaqnit topoloji izolyatorların proqnozlaşdırılması və müşahidəsi” adlı birgə məqaləsi “Nature” jurnalında dərc olunub. Bu məqalə 2023-cü ildə Pekində keçirilən “International Congress of Basic Science” beynəlxalq elmi konqresində son beş ilin ən yaxşı elmi məqalələrindən biri kimi qiymətləndirilib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Əvvəlki Yazı

Korluğa səbəb olan göz xəstəlikləri arasında qlaukoma 2-ci yerdədir – 80 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir

Növbəti Yazı

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə 107 nəfər vəsiqə qazanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.