ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri ABŞ İslam Respublikasının 158 gəmisini məhv edib.
“Biz onların müdafiə sənaye kompleksini məhv etdik, donanmasını məhv edirik, 158 gəmi məhv edilib”, – deyə Amerika prezidenti Tennessi ştatının Memfis şəhərində keçirilən tədbirdə çıxış edərkən bildirib.
Amerika lideri həmçinin bildirib ki, İranın dron və raket buraxılışları 90%-dən çox azalıb.
