ABŞ prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində Çinə səfər etmək planlarını açıqlayıb və Çin prezidenti Si Cinpinin ABŞ-a cavab səfəri edəcəyinə və onunla Vaşinqtonda və ya Floridada görüşəcəyinə ümid edir.
“Əslində [2026-cı ildə] Çinə erkən gedəcəyimlə bağlı razılaşma var. Prezident Si [Cinpin] bundan sonra Vaşinqtona, Palm-Biçə, Floridaya və ya başqa yerə gələ bilər”, – Amerika lideri Yaponiyaya gedərkən Air Force One təyyarəsində deyib. Veriliş Ağ Evin saytında yayımlanıb. (Tass)
