Amerika lideri təyyarəsində jurnalistlərə bildirib ki, “Biz tam hərbi qələbə qazandıq. Onların bütün donanmasını tamamilə məhv etdik. Onların hava qüvvələrini tamamilə darmadağın etdik. Onların hava hücumundan müdafiə və müşahidə sistemlərini tamamilə məhv etdik və liderlərini məhv etdik”.
Eyni zamanda, o, CNN və The New York Times (NYT) da daxil olmaqla bir neçə media orqanının jurnalistlərini ABŞ-ın qələbəsi ilə bağlı “həqiqəti yaymadıqlarına” görə danladı. Tramp jurnalistlərin Tehranın “hərbi cəhətdən yaxşı işlər gördüyünü” bildirmək cəhdlərini xəyanət hesab edib. (Tass)
