ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hakimiyyəti İranla bağlı planlarının təfərrüatlarını Fars körfəzi müttəfiqləri ilə bölüşmür.
“Biz onlara planı deyə bilmərik. Əgər biz onlara planı desəydik, bu, sizə demək qədər pis olardı, hətta daha pis olardı”, – deyə Amerika lideri Fox News jurnalisti Ceki Heynrixə verdiyi müsahibədə bildirib. Trampın sözləri jurnalistin Facebook səhifəsində dərc olunub.
