ABŞ prezidenti Donald Tramp çərşənbə günü bütün respublikaçı senatorları səhər yeməyinə qonaq edəcək. Bu barədə Amerika liderinin administrasiya tərəfindən dərc edilmiş cədvəlində deyilir.
Trampın qısa çıxış edəcəyi səhər yeməyi yerli vaxtla səhər saat 8:30-da (Bakı vaxtı ilə 17:30) başlayacaq. İclasın mövzusu cədvəldə göstərilməyib, lakin o, ABŞ tarixində ən böyük hökumətin bağlanması fonunda baş tutacaq.(Tass)
