ABŞ prezidenti Donald Tramp vətəndaşları prezidentin əmrlərinə itaətsizliyə təhrik etməmək barədə xəbərdarlıq edib və demokrat senator və keçmiş astronavt Mark Kellinin oxşar çağırışlarını ehtiva edən bəyanatları pisləyib.
“Mark Kelli və bir qrup qeyri-vətənpərvər siyasətçi səhv etdi və onlar bunu bilirlər. Ümid edirəm ki, onları izləyən insanlar başqalarını sərbəst və açıq şəkildə ABŞ prezidentinə itaətsizliyə sövq etməyin düzgün olmadığını düşünüb aldanmazlar”, – Tramp TruthSocial səhifəsində yazıb.
Noyabrın sonunda ABŞ-ın müdafiə naziri Pete Hegseth Mark Kellinin hərbçiləri komandirlərinin mübahisəli əmrlərinə əməl etməməyə çağırdığı şərhlərinə görə təhqiqat aparılmasını əmr edib. (Tass)
